Modern.az

Mərkəzi Bankdan  ABŞ-ın dollar qərarına REAKSİYA

Mərkəzi Bankdan  ABŞ-ın dollar qərarına REAKSİYA

İqtisadiyyat

17 İyun 2016, 11:07

ABŞ Federal Ehtiyat Sisteminin qəbul etdiyi qərar əvvəla gözlənildiyi kimi olmadı və ona görə dolların məzənnəsi dünya bazarlarında da ciddi möhkəmlənmədi.

Modern.az saytı Mərkəzi Bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, belə qərar ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsir edə bilərdi ki, bunun da iqtisadi əsası yoxdur:

 

“Belə ki, Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin satışından asılıdır. Neftin qiyməti Azərbaycanda tədiyə balansı üzrə göstəricilərin uzunmüddətli dinamikasına təsir göstərən mühüm amil olsa da son zamanlar tədiyə balansının məhsul və xidmət idxalı, qeyri-neft ixracı, birbaşa və portfel investisiyalar kimi digər mühüm komponentləri üzrə də əhəmiyyətli dəyişikliklər baş verməkdədir”.

 

Məlumatda həmçinin qeyd edilib ki, ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlər də valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir:

 

“Aparılan təhlillər göstərir ki, 2015-ci ildə məzənnədə baş vermiş dəyişikliklər ölkənin tədiyə balansına tarazlaşdırıcı təsir göstərməkdədir və manatın ABŞ dollarına nisbətən məzənnəsi yeni məzənnə rejiminə adaptasiya olunub”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal