Modern.az

“Prezidentin fikirləri hamımız üçün “Yol xəritəsi” olmalıdır” - MÜSAHİBƏ

“Prezidentin fikirləri hamımız üçün “Yol xəritəsi” olmalıdır” - MÜSAHİBƏ

İqtisadiyyat

17 İyun 2016, 12:02

2015-ci il dekabr devalvasiyasından sonra sanki ölkədə pul qıtlığı yaranıb. Banklar insanlarla əməkdaşlıq etmir. Bir sözlə, bu sahədə bir süstlük hökm sürür. Bütün bunlar Azərbaycan üçün nə vəd edir? Çıxış yolu nədədir?

Modern.az saytının suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, iqtisadçı alim, akademik Ziyad Səmədzadə cavablandırır.

 

- Ziyad müəllim, hazırda ölkəmizin maliyyə sahəsindəki durumunu necə qiymətləndirirsiniz?

- Cənab Prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Onun səlahiyyətləri müəyyən olunub, Əsasnaməsi təsdiq edilib. Eyni zamanda,  “Banklar haqqında”, “Mərkəzi bank haqqında” qanunlara dəyişikliklər edilib. Mərkəzi Bankın bir çox funksiyaları yeni yaradılan palataya verilib. Bütövlükdə məqsəd ondan ibarətdir ki, ölkənin bank sistemi təkmilləşdirilsin. Bankların real sektorun inkişadında rolu artsın. Bank xidmətlərinin keyfiyyəti yüksəlsin. Bu istiqamətdə cənab Prezident hər iki quruma ciddi tapşırıqlar verib. Hər iki qurum digərt iqtisadi strukturlarla birlikdə tədbirlər həyata keçirməlidir.

İqtidai fəallığın artırılmasına xidmət edən bütün tədbirlərin reallaşması üçün şərait yaradılmaıdır.

Bu gün bank sistemində mövcud problemlər hamımızı düşündürməkdədir.

Ona görə də pul qıtlığının aradan qaldırılmasına, iqtisadi fəallığın artmasına xidmət edən tədbirlərlər ön plana çəkilməlidir. Əmanətçilərin banklara olan inamını saxlamaq, qorumaq üçün banklar məsuliyyətlərini hiss etməlidirlər. Bəzən elə hallar olur ki, əmanətçi öz əmanətini bu və ya digər bankların məsuliyyətsizliyi ucbatından ala bilmir. Bu əlbəttə xoşagələnn hal deyil... Dünya təcrübəsi göstərir ki, banklarla müştərilər arasında münasibətlərin isti olması xeyir verir. Ona görə də bu münasibətlər mütləq qorunub saxlanılmalıdır. Bəzən mətbuatda birtərəfli ittihamlar yer alır. Bu da düz deyil. Banklarla müştərilər arasında yaranmış müəyyən gərginliklər işgüzar şəraitdə, hər iki tərəfin maraqları qorunub saxlanılmaqla həll edilməlidir.

Mən diqqəti Prezidentimizin bu məsələlərlə bağlı ciddi araşdırmalara söykənmiş fikirlərinə yönəltmək istəyirəm.

Cənab Prezident qeyd edib ki, dövlət özəl bankları dəstəkləyir.

“Ümumiyyətlə, bank sektorunda islahatlar aparılmalıdır. Bank sektorunda konsolidasiya aparılmalıdır. Özəl banklar ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməlidirlər. Əlbəttə, özəl banklar gəlir qazanmalıdır. Onlar üçün başqa alətlər bəlkə daha da cəlbedici ola bilər. Ancaq dövlət maraqları hər şeydən üstündür. Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar. Bu gün də əgər onların kredit portfelinə baxsaq görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik. Çünki bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək, ölkəmizə valyuta gətirir. Çünki valyuta gəlirlərimiz kəskin şəkildə aşağı düşüb. Bu sahədə əlbəttə ki, ilk növbədə kənd təsərrüfatı, emal sənayesi istiqamətinə, tikinti materialları istiqamətinə vəsait ayrılmalıdır ki, biz özümüzü bu məhsullarla daxili istehsal hesabına tam təmin edək.
2016-cı ildə biz fəal işləməliyik. Dediyim bütün vəzifələr icra edilməlidir. Vəzifələrin icrası üçün mexanizmlər qısa bir zamanda işlənib mənə təqdim edilməlidir. Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də biz uğurla başa vuraq”.

Hesab edirəm ki, Prezidentimizin bu fikirləri vəziyyətə ən doğru, düzgün yanaşmadır və bu, hamımız üçün “Yol Xəritəsi” olmalıdır.
 

- Bu məsələlərdən çıxış yolu kimi sizin komitənizlə adını çəkdiyiniz qurumlar arasında müzakirələr aparılırmı? 

- Biz bu məsələdə fikirlərimizi komitənin iclaslarında dəfələrlə açıqlamışıq. Komitənin üzvləri də təkliflərini veriblər. Təbii ki, bank, maliyyə çox incə bir sistemdir. Burada hər bir qərar, hər bir fikir dərindən araşdırılmalıdır. Dərin araşdırmalar aparılmalıdır, ümumi sistem təhlil olunmalıdır. Ana məqsəd ondan ibarətdir ki, bank sisteminin respublikanın dinamik, keyfiyyətli inkişafındakı rolu araşdırılın. Real sektora daha çox sərfəli şətrlərlə dəstək olmalıdır.

- Yeri gəlmişkən, vəziyyət belə davam etdikcə, ayrı-ayrı iqtisadçılar, mütəxəssislər müxtəlif və bəzən də pessimist fikirlər ortaya qoyurlar.

- Mən hesab edirəm ki, cənab Prezidentin kifayət qədər konkret tapşırıqları var. Bu tapşırıqlar icra olunmalıdır. Bank sistemi sağlamlaşmalıdır. Bank sistemi faiz dərəcələrini aşağı salmalıdır. Bank sistemi devalvasiya nəticəsində müəyyən itkilər əldə etmiş istər şirkətlər olsun, istər vətəndaşlar, onlarla danışıqlara getməlidir. Risklərin bölüşdürülməsinə getməlidir. Bu barədə kifayət qədər fikirlərimiz var, burada birtəfərli mövqe tutmaq olmaz. Mən keçən dəfə dedim ki, kifayət qədər rəsmi materiallar var ki, banklar zamanında nə qədər mənfəət əldə ediblər, nə qədər xərcləyiblər. Bunları araşdırsaq, böyük bir məbləğ əmələ gələ bilər. Ona görə burada razılaşmalar olmalıdır.

Bir daha qeyd etmək istəyirəm ki, milli valyutanın alıcılıq qabiliyyətinin yüksəldilməsi, daxili istehlakı stimullaşdırmaq üçün real sektora dəstəyin artırılması, iqtisadi fəallığın canlanması prosesinin gücləndiyi bir şəraitdə inflyasiyanın ən minimum həddə saxlanılması naminə pul qıtlığı yaratmaq, ödəmələri vaxtında icra etməmək səmərə verə bilməz.

Bu gün banklar islahatların səmərəliliyinə, əmanətçilərin hüquqlarının qorunmasına, banklara inamın güclənməsinə, real sektora dəstəyin artırılmasına, ipoteka kreditlərinin xeyli hissəsinin regionlara yönəldilməsinə üstünlük verməlidirlər.  Hamıya məlumdur ki, devalvasiya dövründə ən çox zərər çəkən dollarla kredit götürən vətəndaşlardır.

Banklar bunu nəzərə almalı, borc alanlarla yaranmış gərginliyi yumşaltmalı, hər bir müştəriyə diqqətlə yanaşmalıdır, müəyyən güzəştə getməyə hazır olmalıdırlar.

Haqlı sual verirlər ki, niyə kreditlərdən xeyli miqdarda xalis gəlir əldə etmiş banklar müəyyən güzəştlərə getməsin?

Azərbaycan dövləti bu istiqamətdə bütün addımları atır. Devalvasiya ilə bağlı əhalinin sosial müdafiəsinə xidmət edən bir sıra qəti tədbirlər görülüb və bu işlər yenə də davam edir. Heç bir sosial proqramlar ixtisar olunmadı.

Milli Məclisə ünvanlanan vətəndaş məktublarında bildirilir ki, bəzi banklar tərəfindən müştərilərə diqqətsizlik göstərilir. Bir misal çəkim: cəbhə bölgəsindəki kəndlər daim düşmən atəşinə tutulur, sakinlərin əksəriyyətinin əlavə gəlir mənbəyi yoxdur. Bank üçün kifayət deyilmi ki, düşmənlə üz-üzə dayanan və dollarla kredit götürən mərd Azərbaycan vətəndaşına güzəşt etsin?

- Ümumiyyətlə, devalivasiyadan sonra bankların fəaliyyətində heç bir dəyişiklik görmürük. Bu iqtisadiyyat üçün nə vəd edir?

- Mən hesab edirəm ki, hər bir bank müştərisinin qayğısına qalmalıdır. Partnyor münasibət olmalıdır. “Mənim müştərim daha yaxşı işləməlidir. Mən nə etməliyəm ki, mənim müştərim olan real sektorun nümayəndəsinin, şirkətin, müəssisənin, fabrikin, zavodun fəallığı artsın. Əgər mən onun pulunu vaxtında ödəmirəmsə, borclar yığılıb qalırsa, gecikmələr varsa, təbii ki, problemlər olacaq və bunlar olmamalıdır”. Banklar bu barədə düşünməlidir.  

Hər bir bankın öz müştəriləri qarşısında məsuliyyəti var, eyni zamanda müştərilərin də banklar qarşısında öhtəlikləri mövcuddur. Burada anlaşılma olmalıdır. Amma yenə də deyirəm ki, pul qıtlığı yaratmaqla problem həll olası deyil. İqtisadi fəallıq tələb edir ki, dövriyyədə normal pul kütləsi olsun. Bu pul kütləsini təmin etmək üçün hər iki tərəf çalışmalıdır. Həm müştəri bankın, həm də bank müştərinin etibarını qazanmalıdır. Dünya təcrübəsi göstərir ki, iqtisadi artım ilə pul kütləsi arasında elə bir optimal tarazlıq yaradılmalıdır ki, iqtisadi inkişaf səngiməsin, eyni zamanda qiymətlərin sürətlə qalxması müşahidə olunmasın. Dünya təcrübəsi onu da göstərir ki, müəyyən çərçivədə infilyasıyanı saxlamaqla iqtisadi fəallığı xeyli dərəcədə artırmaq olar. Biz də ölkənin dinamikasını təmin etmək üçün bu məsələlərə çox ciddi fikir verməliyik.

Dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin son aylarda qəbul etdiyi sənədlər,  yaradığı yeni dövlət qurumları bu məqsədə xidmət edir. Belə olduğu halda qətiyyətlə demək olar ki, ölkənin davamlı iqtisadi inkişafı obyekiv cətinliklərə baxmayaraq, təmin olunacaq.

 

 

Qafar AĞAYEV

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu