Modern.az

Qarabağda daha bir erməni əsgər öldü

Qarabağda daha bir erməni əsgər öldü

Qarabağ

17 İyun 2016, 15:50

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun əsgəri ölüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə məlumatı Ermənistan KİV-i yayıb.

Məlumata görə, silahlı insident  hərbi hissənin idman meydançasında yaşanıb. 

 

1997-ci il təvəllüdlü Qrant Qaruşeviç Qriqoryan odlu silahdan açılan atəş nəticəsində ölüb.

 

Faktla bağlı erməni hərbi prokurorluğunda cinayət işi başlanılıb.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza