Modern.az

Azay Quliyev “Turizm ili”ndə QHT Şurasının görəcəyi işlərdən danışdı

Azay Quliyev “Turizm ili”ndə QHT Şurasının görəcəyi işlərdən danışdı

Qarabağ

17 Yanvar 2011, 17:48

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010- cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011- ci ildə qarşıda duran vəzifələrə  həsr olunmuş islasında 2011- ci ilin “Turizm ili” élan olunmasını təklif edib:
“2011- ci il başlayıb, keçən il bizdə “Ekologiya ili” elan olunmuşdu. Və yaxşı nəticələr əldə edilib. Təklif edirəm ki, 2011-ci ili biz “Turizm ili” elan edək”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu məsələ ilə bağlı sanballı, əsaslandırılmış layihələrə xüsusi dəstək verəcək.

Bunu saytımıza açıqlamasında millət vəkili, Şuranın sədri Azay Quliyev deyib.

O, bildirib ki, Prezident öz çıxışında bu ilin “Turizim ili” elan olunması ilə bağlı fikir səsləndirib: “Bilirsiniz, bizim borcumuzdur ki, dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun addımlar ataq, belə məqamlarda töhfəmizi verək. Deyə bilərəm ki, bununla bağlı QHT Şurası mümkün addımları atacaq. Düzdür, biz 2011-ci il üçün müsabiqəni 2010-cu ilin sonlarında elan etdik. Ancaq biz bu il ərzində də yeni müsabiqələr elan edəcəyik. Təbii ki, bu məsələ ön planda olacaq. Bu istiqamətdə sanballı, əsaslandırılmış təklifləri birmənalı olaraq dəstəkləyəcəyik”.

 Azay Quliyev onu da bildirdi ki, 2010- cu idə Azərbaycanda “Ekologiya ili” elan olunmuşdu: “Şura bununla bağlı ötən il 30-dan artıq lahiyəni dəstəklədi. Bu, Şuranın “Ekologiya ili”nə bir töhfəsi kimi də qiymətləndirilə bilər. Eyni təşəbbüsü bu il də davam etdirmək niyətindəyik”.

Sədaqət

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama