Ermənistan parlamentinin deputatı, keçmiş xarici işlər naziri Vardan Oskanuan iyunun 17-də “Birlik” partiyasının sədri seçilib. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, seçki bu siyasi qüvvənin qurultayında baş verib.
Parlamentin digər deputatları Elinar Vardanyan və Stepan Marqaryan isə onun müavinləri seçiliblər. Bundan əlavə, adı çəkilən iki nəfərdən başqa Vaqe Ovannisyan, “Siyasi iqtisad” araşdırmalar institutunun direktoru Andranik Tevanyan, politoloq Ervand Bozoyan, “Arabo” dəstəsinin komandiri Manvel Eqizaryan, jurnalist Qeqam Nazaryan, keçmiş ombudsman Karen Andreasyan, Ruben Karapetyan və Vaqan Kuyumçyan idarə heyətinin üzvləri seçiliblər.
Qurultayda qəbul edilən bəyanatda qeyd edilir ki, yeni partiya Ermənistan ciddi dəyişikliklər arzulayan müxtəlif siyasi qüvvələr və dairəılərlə əməkdaşlığa hazırdır.
“Bizə bir, yaxud bir neçə adamın ətrafında yox, real birlik lazımdır”, - sənəddə qeyd edilir.
Modern.az