Modern.az

Putindən ETİRAF: “ABŞ yeganə supergücdür”

Putindən ETİRAF: “ABŞ yeganə supergücdür”

17 İyun 2016, 17:55

“Amerika böyük dövlət, yeganə supergücdür. Biz bunu qəbul edirik. Amma ABŞ Rusiyanın daxili işlərinə qarışmamalıdır. Moskva və Brüsselin əlaqələrinə təsir etməməlidir”.

 

Modern.az saytının məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburda keçirilən  beynəlxalq iqtisadi forumda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Rusiyaya da əməkdaşlıq üçün ABŞ kimi güclü dövlət lazımdır.

 

“Amma biz istəmirik ki, onlar bizim daxili işlərimizə qarışsınlar. Onlar bizim Avropa ilə münasibətlərin inkişafına mane olmağa çalışırdılar”,-deyə o bildirib.

 

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi