İraq hökuməti paytaxt Bağdaddan 50 km qərbdə yerləşən əl-Faluca şəhərinə nəzarəti bərpa edib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu televiziya ilə xalqa müraciət edən İraq baş naziri Heydər əl-Abadi bəyan edib.
“Növbəti hədəfimiz Mosul şəhəridir. əl-Faluca isə yaxın saatlarda tamamilə terrorçulardan təmizlənəcək”, deyə H.əl-Abadi bildirib.
Qeyd edək ki, iyunun 17-də İraq ordusu əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb.
Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətində idi.
Modern.az