Ermənistan prezidenti Serj Sarkisyan işğalçı ordunun rəhbərliyində yeni təyinata imza atıb. Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Vaqinak Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahında Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.
Xatırladaq ki, Kəşfiyyat İdarəsinin sabiq rəisi Arşak Karapetyan 26 apreldə tutduğu vəzifədən qovulmuşdu.
Modern.az