Modern.az

Putin Qərb dövlətlərini HƏDƏLƏDI

Putin Qərb dövlətlərini HƏDƏLƏDI

Dünya

18 İyun 2016, 10:42

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Qərbi hədələyib. Modern.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin Qərbin aparıcı dövlətlərinin yürütdüyü hazırki siyasəti nəzərdə tutaraq, deyib:

“Rusiya Qərbin addımlarına qarşı cavab verməyə məcbur olacaq. Baxmayaraq ki, bizim cavabımızı aqressivlik kimi qəbul edəcəklər. Mən bunu əvvəlcədən dəqiq bilirəm. Amma strateji balansı təmin etmək lazımdır”.

Putin bildirib ki, Rusiyanın Qərbə cavab tədbirlərinin aqressiya kimi qiymətləndirilməsi onları çox da maraqlandırmır.

“Biz təhlükəsizliyimizi təmin etməliyik. Təkcə özümüzün deyil, biz dünyadakı strateji balansı qorumalıyıq. Məhz strateji balans dünyada sülhün qorunmasının əsas təminatıdır”,-deyə Putin bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi