Modern.az

“Qara qızılın” Azərbaycan brendi BAHALAŞDI

“Qara qızılın” Azərbaycan brendi BAHALAŞDI

İqtisadiyyat

18 İyun 2016, 11:57

Azərbaycanın dünya qara qızıl bazarındakı neft brendi olan"Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,76 dollar və yaxud 1,59% bahalaşıb.

Modern.az-ın xəbərinə görə, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,63 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal