Modern.az

Əfqanıstan Rusiyadan hərbi kömək istədi 

Əfqanıstan Rusiyadan hərbi kömək istədi 

Dünya

18 İyun 2016, 14:04

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki,Əfqanıstan  Müdafiə və Təhlükəsizlik Qüvvətləri qabiliyyətlərini artırmaq məqsədiylə vertolyotlar da daxil olmaq üzrə Rusiyadan əsgəri təchizat istəyib.

 

Əfqanıstanın istəyi xarici işlər nazirinin köməkçisi Hikmət Xəlil Karzainin bu həftəki Rusiya ziyarəti əsnasında Rus səlahiyyətlilərə bildirilib.

 

Müdafiə Nazirliyinin səlahiyyətliləri Kabil və Moskva arasındakı hərbi əməkdaşlıq üzrə bir yığıncaq təşkil edildiyini təsdiqləyib.

 

Yığıncağın aprel ayının sonlarında dünyadan 500-dən çox siyasətçi və ordu komandirlərinin də qatıldığı Beynəlxalq Təhlükəsizlik Konfransına paralel olaraq reallaşdırıldığı bildirilib.

 

Rus vertolyot şirkəti CEO-nin prezidenti Aleksandr Mikheev, Əfqanıstan Hərbi Hava qüvvələrinə kömək olmaq üçün əfqan əsgərinə texniki personal və mühəndis təhsili üçün hazır olduğunu keçən ay açıqlamışdı.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi