Vladimir Putin Rusiya atletlərinin beynəlxalq yarışlardan kənarlaşdırılması barədə qərarı tənqid edib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bugünkü mətbuat konfransında Putin Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) tərəfindən Rusiya Atletika Federasiyasına yönəlik qərarı "haqsızlıq və ədalətsizlik" kimi qiymətləndirib.
Xatırladaq ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) rusiyalı atletləri dopinqdən istifadəyə görə beynəlxaql yarışlardan kənarlaşdırıb. Nəticədə rusiyalı idmançıların Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunları-2016 yarışlarında iştirakı da sual altına düşüb.
Qeyd edək ki, rus atletlərin 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeiro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyi haqqında yekun qərar iyunun 21-i İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsi tərəfindən (IOC) veriləcək.
Çgüman olunur ki, Beynəlxalq Olimpiya Komitəsi Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) tərəfindən yarışlardan kənarlaşdırılan rusiyalı yüngül atletlərlə bağlı qərarı qüvvədə saxlayacaq.
Mirmahmud KAZIMOĞLU