Avropa Futbol Assosiyalar İttifaqı (UEFA) iyunun 17-də Avropa çempionatı çərçivəsində Fransanın Sent-Etyen şəhərində Çexiya və Xorvatiya milliləri arasında keçirilən oyunda azarkeşlərin təşkil etdiyi qarşıdurmaya görə intizam işi açıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Xorvatiya millisinə qarşı irəli sürülən iddia 4 maddədədn ibarətdir: partalyıcı maddədən istifadə, meydançaya əşya atılması, tribunada qarşıdurma və iqri davranışlar.
Xatırladaq ki, oyunun baş çatmasına bir neçə dəqiqə qalanda xorvatiyalı fanatlar meydançaya bir neçə fişəng atıblar. Bu səbəbdən oyun bir neçə dəqiqə dayandırılıb. Sonradan tribunada azarkeşlər arasında dava düşüb. İddiaya iyunun 20-də baxılacaq.
Modern.az