Modern.az

Keçmiş prezidentə ömürlük hökm çıxarıldı

Keçmiş prezidentə ömürlük hökm çıxarıldı

18 İyun 2016, 16:27

Misirin keçmiş prezidenti Məhəmməd Mursi ilə bağlı məhkəmə araşdırması başa çatıb. Modern.az xarici mediaya istinadən bildirir ki, o, casusluqda təqsirkar bilinərək, barəsində ömürlük azadlıqdan məhrumetmə qərarı çıxarılıb.

Məlumatda qeyd edilir ki, onun iki silahdaşı, Mursinin prezident olduğu vaxt ölkə rəhbərliyində yüksək vəzifə tutan iki şəxslə də bağlı eyni hökm elan edilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər