Modern.az

“Neftin qiyməti yenidən 20 dollar səviyyəsinə düşəcək” - Proqnoz

“Neftin qiyməti yenidən 20 dollar səviyyəsinə düşəcək” - Proqnoz

İqtisadiyyat

18 İyun 2016, 21:05

“Əgər OPEK ölkələri neft hasilatının həcminin azaldılmasına dair təcili tədbirlər görməyəcəklərsə, dünya bazarında neftin bir barelinin qiyməti 2017-ci ilin qışında 20 dollara düşə bilər”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu Venesuelanın neft naziri Euloxio del Pino bildirib.

Onun sözlərinə görə, əgər tədbir görülməyəcəksə, qışda qiymətlər yenidən 20 dollar səviyyəsinə düşəcək: “Belə olacağı təqdirdə hasilatı “dondurmaq” lazım gələcək, lakin o zaman bu artıq gec ola bilər. Bu səbəbdən tədbirlər indidən görülməlidir”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal