ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd və keçmiş dövlət katibi Hillari Klintonun qızı Çelsi Klintonun ikinci övladı dünyaya gəlib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Mark Mezvinskinin həyat yoldaşı olan Çelsi Klinton bu haqda özünün Tvitter səhifəsində məlumat yayıb.
“Mark və mən oğlumuzun dünyaya gəlişini bayram edirik”, - o, yazıb. İkinci dəfə nənə olan Hillari Klintonun nəvəsinə Aydan adı verilib.
Bundan əvvəl ailədə qız uşağı doğulub.
Modern.az