Meksikanın Sinaloa ştatının Rosario munisipində yeddi başı kəsilmiş meşəqıranın meyiti aşkarlanıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə ştatın prokurorluğu məlumat yayıb.
Məlumata görə, onların meyitləri dünən aşkarlanıb. "Correo del Sur" portalının xəbərində bildirilir ki, meşə qıranların hər birinin başı mişarla kəsilib.
Meyitlərin yaxınlığında meşəqıranlara məxsus avtomobil də aşkarlanıb.
Modern.az