Modern.az

Kareliyada ölən 14 uşağa görə dörd nəfər saxlanıldı

Kareliyada ölən 14 uşağa görə dörd nəfər saxlanıldı

19 İyun 2016, 21:59

Kareliya respublikasındakı Syamozero gölündə ölənlərə görə 4 nəfər saxlanılıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinin məlumat verib.

Onlar “Park-hotel Syamosero” Açıq Səhmdar Cəmiyyətinin direktoru Yelena Reşetova, onun müavini Vadim Vinoqradov, həmçinin təlimatçılar Reqina İvanova və Lyudmila Vasilyevadır.

O qeyd edib ki, istintaqa uşaqları müşayiət edən təlimatçıların onların təhlükəsizliyinə görə cavabdehlik daşıdıqları açıq-aşkar bəllidir: “Məhz uşaqların taleyi onların hərəkətlərindən birbaşa asılı olub. İstirahətin təşkilinə görə Reşetova və Vnoqradov cavbdeh olublar. Bu səbəbdən saxlanılanlar arasında onlar da var”, - Markin vurğulayıb.

İyunun 18-də  “Park-hotel Syamozero” sağlamlıq düşərgəsindən olan instruktor və uşaqlar qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. Göyərtələrində 50-dən çox nəfərin olduğu üç qayıq aşaraq batıb. Son məlumata görə, 14 nəfərin meyiti sudan çıxarılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər