Modern.az

Dünyadakı qaçqınları sayı rekord həddə ÇATDI

Dünyadakı qaçqınları sayı rekord həddə ÇATDI

Dünya

20 İyun 2016, 11:56

BMT 20 İyun Dünya Qaçqınlar günündə açıqladığı hesabatda qaçqın sayının rekord səviyyəyə çatdığı bildirib.

 Modern.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı hesabatında 2015-ci ilin sonunda dünyada qaçqın sayının 65 milyon 300 minə çatdığını açıqlayıb. Qaçqınların ümumi sayının İngiltərə, Fransa və İtaliya əhalisinə yaxın olduğu vurğulanıb. BMT 40 milyon 800 min insanın öz ölkələrindən qaçqın düşdüyünü qeyd etdiyi hesabatında, 2015-ci ilin sonunda 21 milyon 300 min nəfərin də müxtəlif ölkələrə sığındığını diqqətə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı qaçqınların təxminən yarısının 18 yaşından kiçik olduğunı və valideynləri olmayan 98 min 400 uşağın qeydiyyata alındığını bildirib.

Hesabatda qaçqınların gəldikləri ölkələrə də yer verilib. 2015-ci ilin sonunda Suriyadan 4 milyon 900 min, Əfqanıstandan 2 milyon 700 min və Somalidən də 1 milyon 100 min nəfər qaçqın düşüb.

Həmçinin hesabatda əhalisinə görə ən çox qaçqın qəbul edən ölkənin Livan olduğu bildirilib. Ölkə əhalisinin hər min nəfərinə 183 qaçqın düşür. Dünya miqyasında ən çox qaçqın qəbul edən ölkə isə (təxminən 3 milyon nəfər) Türkiyədir.


Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər