Tehranda Ramazan ayı ərzində silsilə terror aktları planlaşdıran bir neçə şübhəli şəxs saxlanılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani məlumat verib.
“İranın hansı bölgəsində olursa-olsun, şübhəli şəxslər daim polis nəzarəti altındadılar və həbs oluna bilərlər”.
Şamxaninin sözlərinə görə həbslər son bir neçə gündə baş verib.
Vüqar İsmayılov