Modern.az

Məhbus soyunub təcridxanadan qaçdı - VİDEO

Məhbus soyunub təcridxanadan qaçdı - VİDEO

Dünya

20 İyun 2016, 15:21

Dağıstan Respublikasının İzberbaş şəhərində oğurluğa görə tutulan 25 yaşlı Rüstəm Şahrutdinov saxlanıldığı kameranın yemək ötürülən yerindən çıxaraq qaçıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, insident iyunun 17-dən 18-nə keçən gecə baş verib.

Onun qaçışı təcridxanadakı video müşahidə kameralarında əks olunub. Videodan görünür ki, Şahrutdinov çılpaq şəkildə dar pəncərədən çıxır, bunun üçün ona 3 dəqiqəyə yaxın vaxt bəs edir. Sonradan paltarını geyinir və sakitçə dəhlizdən çıxıb gedir. Təcridaxananın Dağıstan Daxili İşlər Nazirliyinin həyətində yerləşdiyi bildirilir.

Şahrutdinov peşəkar oğru hesab edilir. Bundan əvvəl də şəxsi mənzillərdən oğurluq etdiyinə görə məhbua həyatı yaşayıb. Onun saxlanılması üçün bütün şəhər və rayon polis şöbələrinin əməkdaşları səfərbər olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər