Modern.az

Əliyev Putinlə görüşdə Ermənistana mesaj verdi  

Əliyev Putinlə görüşdə Ermənistana mesaj verdi  

Ölkə

20 İyun 2016, 17:33

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

 

İlham Əliyev münaqişədə status-kvonun qəbuledilməz olduğunu deyib.

“Münaqişənin həlli uzanıb, Rusiya və digər həmsədr ölkələrin dediyi kimi, status-kvo qəbuledilməzdir. Və biz bu məsələdə həmsədr ölkələri tam dəstəkləyirik. Lakin status-kvonu dəyişmək üçün 20 ildən artıqdır ki, işğal altında olan Azərbaycan torpaqları azad edilməlidir”.  

 

Azərbaycan prezidenti danışıqlarda konstruktiv dialoqa ümid etdiyini deyib.

 

“Bizim ümidimiz var ki, danışıqlar prosesinə konstruktiv dinamika verə biləcəyik. Son 2 ildə bu danışıqlar demək olar ki, aparılmırdı”.

 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi