Modern.az

Formula 1 yarışları – RENAULT şirkətindən REPORTAJ+FOTOLAR

Formula 1 yarışları – RENAULT şirkətindən REPORTAJ+FOTOLAR

İqtisadiyyat

20 İyun 2016, 17:50

İyunun 17-dən 19-na qədər Bakı Formula 1 yarışlarına ev sahibliyi etdi.

 

Dünyanın 1 nömrəli avtomobil yarışları dünya və yerli idman mətbuatının diqqətin 3 gün ərzində Bakıya yönəltdi.

 

Fransanın məşhur Renault avtomobil şirkətinin dəvəti ilə bir qrup azərbaycanlı jurnalist, o cümlədən Modern.az saytının əməkdaşı komandanın bazasına dəvət olundu və 3 gün ərzində Renault F1 Team komandasının Bakı Qran Pri-sinə hazırlıq prosesini izlədi.

 

Renault-nun F1 komandasının pilotları Kevin Maqnussen və Colian Palmer iyunu 17-də keçirilən sərbəst yarışlarda Bakı Qran Pri-sinin trasını ilk dəfə sınaqdan çıxardılar.

 

Onlar 6 kilometrlik yolun maraqlı və eyni zamanda çətin olduğunu dilə gətirmişdilər.

 

Yarışın təsnifat mərhələsinin keçirildiyi 18 iyunda isə Kevin Maqnussen və Colian Palmer uğursuzluqla üzləşdilər.

 

Onlar 22 pilot arasında sonuncu yerləri tutdular. Hər iki pilot mühərriklərinin problemindən gileylənmişdi.

 

“Təsnifat mərhələsi normal keçdi lakin Bakıda bizə bir faktor – sürət çatışmır. Rəqiblərimizə nisbətən sürətimiz aşağıdır və ona görə tapşırıqlara fərqli yanaşmağa qərar verdik. Bugünkü nəticələr möhtəşəm deyil amma inanıram ki, topladığımız nəticələr bizə hələ çox yardım edəcək”.

Colain Palmer də komanda yoldaşının fikirlərini dəstəklədi.

 

“Biz daha yaxşı çıxış edə bilərdik amma bu gün bizim gün deyildi Tras çox çətin, maraqlıdır və sabahkı gün hər şeyi öz yerinə qoyacaq”.

 

Nəhayət, iyunun 19-da Bakı Qran Pri-sinin final günü başlandı.

 

Əsas yarışlara Kevin Maqnussen 21-ci, Colion Palmer isə 22-ci pozisiyadan başlayırdı.

 

Lakin bütün çətinliklərə, mühərrikin gücündə və sürətdəki geriləməyə baxmayaraq düzgün seçilən taktika Reanult pilotlarına nisbi uğur gətirdi.

 

Saat yarımlıq yarışın sonunda danimarkalı Maqnussen 14-cü, ingilis Palmer isə 15-ci pilləni tutdu.

 

Yarışdan sonra hər iki pilot sonluqdan razı qaldıqlarını bildirdi.

 

“Təcrübə baxımından yarış alındı. Biz radikal həll yollarını da gözdən keçirmişdik, əsas olan komandamızın öz pozitiv yanaşmasını və konsentrasiyasını saxlaması oldu. Nəticə elə də pis deyil”- deyə Maqnussen açıqlamasında demişdi.

 

Colion Palmer isə Renault-un təsnifatla müqayisədə final yarışlarında daha uğurla çıxış etdiyi bir daha xatırlatdı.

 

“Biz növbəti dəfə sübut etdik ki, təsnifata görə final yarışında tempimiz daha yüksəkdir. Bakıda yarışmaq maraqlıdır amma təəssüf ki, maşınım bu trasa uyğun gəlmirdi”.

 

Yarışları çıxmaq şərtilə, onu demək olar ki, Renault F1 Team komandası öz 100-dən artıq personalı ilə birlikdə yarışların uğurlu keçməsi üçün əlindən gələni etdi.

 

Şirkətin Rusiya və MDB ölkələri üzə nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pavel Nikioforov azərbaycanlı jurnalistləri Reanult-un qarajı, texniki personalı, laboratoriyası və s. ilə ətraflı şəkildə tanış etdi.  

 

2005 və 2006-cı ildə Konstruktor kubokunu və Dünya çempionluğunu qeyd edən Renault 2017-ci il mövsümündə yeni hədəflərlə yenidən Formula 1 çempionluğuna namizəd olmağı planlaşdırır.  

 

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal