Modern.az

Hüquq müdafiəçisi: “İlham Əliyevin yerinə mən də olsam, onu ölkəyə buraxmaram”

Hüquq müdafiəçisi: “İlham Əliyevin yerinə mən də olsam, onu ölkəyə buraxmaram”

18 Yanvar 2011, 15:04

AŞPA-nın yanvar sessiyasında Azərbaycandan iştirak edəcək hüquq müdafiəçiləri siyasi məhbuslar məsələsi üzrə ölkəmizə təyin olunmuş məruzəçi Ştrassellə görüşəcəklər. Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a bildirib.

Qeyd edək ki, Ştrassel 2010-cu ildə məruzəçi təyin olunsa da, indiyə qədər Azərbaycana səfərə gəlməyib. N.Cəfəroğlunun sözlərinə görə, bunun səbəblərini məruzəçinin özündən soruşmaq niyyətindədirlər. Hazərda Avropa Şurasına təqdim edilmiş siyahıda 22 siyasi məhbusun adının  olduğunu deyən N.Cəfəroğlu bildirib ki, prezident İlham Əliyevin son əfv qərarı ilə onlardan 2 nəfəri azadlığa çıxıb. İndi siyahıda cəmi 22 nəfər qalıb.

Bununla yanaşı, hüquq müdafiəçiləri qonşu ölkələr içində yalnız Azərbayacana məruzəçi təyin olunmasını düzgün olmadığı qənaətindədirlər. N.Cəfəroğlunun sözlərinə görə,  Avropa Şurası insan haqlarının müntəzəm pozulduğu Rusiyaya və Ermənistana nədənsə məruzəçi təyin etmir.   

“Rusiyada son proseslər, Xodorkovskinin məhkəməsi, Nemsov və digər müxalifətçilərin həbsini göstərmək olar. Rusiyada jurnalistlər həbs edilir, öldürülür. Avropa Şurasının eksperti olaraq bizə Ermənistan hüquq müdafiəçiləri müxtəlif məlumatlar təqdim edirlər. Burada dəhşətli faktlar var. İrəvanda insanlar öldürülür, həbsə atılır, siyasi baxışlarına görə açıq təqib edilir. Amma bu ölkəyə nədənsə məruzəçi təyin edimir. Mən bu məsələni AŞPA-da keçirəcəyimiz görüşlər zamanı qaldıracağam”-deyə hüquq müdafiəçisi bildirib.

Onun sözlərinə görə, Azərbaycanda siyasi məhbusların olmasını istəmir. Amma bu məsələdə “ikili standart”ın tətbiqi ölkədə problemi effektiv həll etməyə imkan vermir. “Yalnız müsəlman dövləti olan Azərbaycana məruzəçinin təyini istər-istəməz qıcıq yaradır. Prezidentin yerinə mən də olsam, məruzəçini ölkəyə buraxmaram”-deyən N.Cəfəroğlu bildirib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu