Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyaları 2017-ci ilin yanvarın sonuna qədər uzatmaq barədə razılığa gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə razılıq İttifaqa üzv ölkələrin Brüsseldəki daimi nümayəndələrinin görüşü zamanı əldə olunub.
Ukraynadakı qarşıdurmalara görə Rusiyaya enerji, maliyyə və müdafiə sahələrində tətbiq olunan sanksiyalar 2017-ci ilin yanvarın sonuna qədər davam edəcək.
İttifaqa üzv ölkələrin nazirləri sanksiyaların 6 ay daha uzadılmasını nəzərdə tutan qərarı yaxın günlərdə rəsmi olaraq təsdiq etməsi gözlənilir.
Krımı qeyri-qanuni yollarla ilhaq etdiyi və Ukraynanın şərqindəki üsyançıları dəstəklədiyinə görə 2 ildən də çox müddətdir ki, Rusiyaya sanksiya tətbiq olunur.
Mirmahmud KAZIMOĞLU