Serbiyanın cənubundakı Bobovista şəhəri yaxınlığında turist avtobusunun aşması nəticəsində 5 nəfər həyatını itirdi, 23 nəfər isə yaralandı.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyindən verilən məlumatda Belqrad-Niş şossesində Slovakiya dövlət nömrə nişanlı avtobusun yoldan çıxdığı bildirilir.
Həyati təhlükəsi olan yaralılar Nis və Aleksinadakı xəstəxanalara yerləşdirilib.
Serbiyanın Səhiyyə naziri Zlatibor Loncar Nisdəki xəstəxanada müalicə edilən yaralı turistləri ziyarət edərək onların səhəti barədə məlumat alıb.
Slovakiya Daxili İşlər Nazirliyindən isə avtobusdakı turistlər üçün xüsusi təyyarə göndərməyə hazır olduqlarını bildirib.
Mirmahmud KAZIMOĞLU