Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104002511 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Modern.az BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 36,437,000.00 AZN təşkil edib.
Sifarişlər 80.0000 AZN (25.1377 %) və 91.7800 AZN (9.0055 %) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 91.3700 AZN (9.4971%) orta ölçülmüş qiyməti 91.3874 AZN (9.4761%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 22.06.2016 (t+1) tarixində həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilib. İstiqrazların ödəmə tarixi 20.06.2017-ci il, tədavül müddəti – 364 gündür.
Bu günhəmçinin, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102001515 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 12 investor tərəfindən 22 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 52,814,500.00 AZN təşkil edib.
Sifarişlər 91.8264 AZN (17.9989%) və 95.9400 AZN (8.5571%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 95.9400 AZN (8.5571%) orta ölçülmüş qiyməti 95.9400 AZN (8.5571%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 22.06.2016 (t+1) tarixində həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilib. İstiqrazların ödəmə tarixi 20.12.2016-cı il, tədavül müddəti – 182 gündür.
Gülşən RAUFQIZI