Modern.az

Sarksiyanla Ohanyanın gizli DANIŞIĞI: “Azərbaycan faktoruna görə səni.....”

Sarksiyanla Ohanyanın gizli DANIŞIĞI: “Azərbaycan faktoruna görə səni.....”

22 İyun 2016, 11:45

Ermənistanın “Joxovurd” qəzeti maraqlı iddia ilə çıxış edib.

 

Modern.az saytı qəzetə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindəki generalların istefaları və korrupsiya faktları fonunda prezident Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyanla təklikdə söhbət edib.

 

Qəzet onların dialoqu barədə təxminən bunları yazıb:

“Sarkisyan Ohanyana təxminən bu sözləri deyib: “Azərbaycan faktorunu nəzərə alaraq səni vəzifəndə saxlayıram, amma sən “təmizlənməlisən”. Yəni sənin istefan düşmənin əlində təbliğat vasitəsi olmasın deyə, postunda qalacaqsan”".

 

Daha sonra, “Joxovurd” qəzeti Seyran Ohanyanın yaxın çevrəsi ilə görüşü zamanı öz ərizəsi ilə istefa verməyəcəyini və yalnız prezidentin qərarı ilə istefaya göndərilə biləcəyini deyib.

 

Vüqar İsmayılov   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər