Modern.az

Bu il Tükiyədə 2700-dən çox PKK-çı məhv edilib

Bu il Tükiyədə 2700-dən çox PKK-çı məhv edilib

Dünya

22 İyun 2016, 12:47

Bu il ərzində Türkiyədə silahlı qüvvələr tərəfindən məhv edilən PKK-çıların sayı açıqlanıb.

Modern.az-ın xəbərinə görə, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb.

Açıqlamada deyilir ki, bu il ərzində Türkiyədə silahlı qüvvələrin təşəbbüsü ilə baş tutan antiterror əməliyyatlarında PKK terror təşkilatının 2765 üzvü məhv edilib.

Ölkə sərhədləri kənarında və İraqın şimalında keçirilən bütün əməliyyatlarda isə 7740 PKK silahlısı məhv edilib.

İl ərzində 779 PKK üzvünün saxlanılması və 776-sının isə güc strukturlarına təslim olması Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında öz əksini tapıb.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər