“Hizbullah” qruplaşması “Ən Nüsrə Cəbhəsi”nin lideri Əbu Məhəmməd əl-Culianinin əsir götürüb.
Modern.az xəbər verir ki, bu barədə İranın “Əhlül Beyt” agentliyi məlumat yayıb.
“Hizbullah” qruplaşmasının Livanın şərqindəki Arsal şəhərində və Suriyanın Hələb şəhəri istiqamətində apardığı döyüşlərdə radikal təşkilatın bir çox üzvlərinin öldürüldüyü bildirilir.
Ərəb mətbuat isə hazırda əsirlərin dəyişdirilməsi üçün “Ən Nüsrə Cəbhəsi” ilə “Hizbullah” arasında danışıqların aparıldığını deyib.
Vüqar İsmayılov