Modern.az

Türkiyə alman deputatları İncirlik bazasına buraxmayacaq

Türkiyə alman deputatları İncirlik bazasına buraxmayacaq

Dünya

22 İyun 2016, 23:09

Türkiyə hakimiyyəti Almaniyanın müdafiə nazirinin müavinin rəhbərlik etdiyi parlamentin deputatlarından ibarət nümayəndə heyətinin İncirlik hava bazasına baş çəkməsinə razılıq verməyib. Modern.az xarici mediaya istinadən bildirir ki, Ankara Berlinə Almaniya Federativ Respublıkasının Müdafiə Nazirliyinin stats-katibi Ralf Braukzipenin rəhbərlik edəcəyi alman siyasətçilərinin səfərinin arzuolunmaz olduğu haqda xəbərdarlıq edib.

“Müdafiə naziri Ursula fon der Lyaenin müavini hesab edilən stats-katibin səfərinə qadağa – bu siyasi qalmaqaldır”, - məlumatda vurğulanır.

Türkiyə hakimiyyəti bundan əvvəl Almaniya Müdafiə Nazirliyində akkreditasiyadan keçən almaniyalı jurnalistlərin də hava bazasına girişinə qadağa qoyub.

Türkiyə tərəfinin bu addımının səbəbi iyunun 2-də Almaniya parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etməsi ilə izah olunur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər