Modern.az

İngilislər Avropanı seçəcəkmi? – Referendum BAŞLADI

İngilislər Avropanı seçəcəkmi? – Referendum BAŞLADI

23 İyun 2016, 10:06

Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirən referendumun səsverməsi başlayıb. 

 

Modern.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla səhər saat 07.00-da (Bakı vaxtı ilə saat 10.00-da) açılıb. Səsvermə axşam saat 22.00-dək (Bakı vaxtilə gecə saat 01.00-dək) davam edəcək. 

 

Səsvermə 382 seçki dairəsinin 10 minlərlə seçki məntəqəsində keçirilir. Seçki dairələrindən 380-i İngiltərə, Şotlandiya və Uelsdə fəaliyyət göstərir. Şimali İrlandiya və Cəbəltariqdə hərəsində bir seçki dairəsi açılıb.

 

Səsvermənin nəticələri iyunun 24-də Bakı vaxtı ilə səhər 10.00-da açılanacaq. 

Referendumda "ekzit-pol" olmayacaq, 

 

Məlumata əsasən, referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçib. Bu rəqəm Britaniya üçün rekord sayılır.

 

Səsvermə bülleteninə iki sual daxil edilib: Briləşmiş krallıq Avropa İttifaqının üzvü olmalıdırmı? Briləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?

 

Nəticə adi səs çoxluğu ilə müəyyənləşəcək. Bu suallardan birinə 50 faiz üstəgəl bir səsin verilməsi Britaniyanın Avropa İttifaqında qalması məsələsini həll edəcək.

 

Britaniya və Əməkdaşlıq ölkələrinin Birləşmiş Krallığın ərazisində qanuni yaşayan vətəndaşlar, eləcə də 15 ildən artıq Britaniyanın seçki siyahısında olub, xaircdə yaşayan krallıq vətəndaşları səsvermədə iştirak edə bilər.

 

İrlandiya, Kiprin yunan hissəsi və Malta vətəndaşları istisna olmaqla Avropa İttifaqına üzv başqa dövlətlərin vətəndaşları səsvermədə iştirak edə bilməz.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər