Modern.az

Almaniyada 50 nəfəri yaralayan şəxs zərərsizləşdirilib

Almaniyada 50 nəfəri yaralayan şəxs zərərsizləşdirilib

Dünya

23 İyun 2016, 20:01

Almaniya polisi Firnhaym şəhərində kinoteatrda atəş açan şəxsi zərərsizləşdirib. Modern.az saytı xəbər verir ki, bunu Gessen regionunun daxili işlər naziri Peter Boyt yerli parlamentdə təcili toplantı zamanı bildirib. Onun sözlərinə görə, həmin şəxsin odlu silaha malik olub-olmamasını müəyyənləşdirmək mümkün olmayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, o, 4 dəfə atəş açıb.

Qeyd edək ki, Firnhaym şəhərində baş vermiş hadisə nəticəsində 50-dək şəxs yaralanıb.

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər