Modern.az

Dəfnindən 3 il sonra evə qayıtdı

Dəfnindən 3 il sonra evə qayıtdı

23 İyun 2016, 21:57

Çinli Ma Tsiyan zehni pozulandan sonra 7 il xəbər-ətərsiz itkin düşüb. Modern.az xarici mediaya istinadən bildirir ki, sonradan məhkəmə-tibb eksperti onun yaxınlarına kişini maşın vurub öldürdüyü xəbərini veriblər.

 

Bundan sonra 2012-ci ilə qədər itkin düşəni axtaran xüsusi xidmətin əməkdaşları axtarışı dayandırıblar. Ma Tsiyanın qohumları ona dəbdəbəli dəfn təşkil ediblər, ancaq heç təsəvvür etməzdilər ki, “mərhum” 3 il sonra o dünyadan evinə qayıdacaq. Onu öz qəbirinin yanında duranda da görüblər.

 

Məlum olub ki, ölən adam bütün bu illər ərzində yerli gizli müəssisələrdən birində işləyib. Əgər onu çıxartmasaydılar, yəqin ki, yenə işləməkdə davam edəcəkdi. İndi yerli hakimiyyət Ma Tsiyanın əvəzinə kimin dəfn edildiyini müəyyənləşdirməyə çalışır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər