Livan parlamenti yetərsay olmadığından növbəti dəfə respublikaya yeni prezident seçə bilməyib. Modern.az xarici mediaya istinadən bildirir ki, ölkədə 2014-cü ildən başlayan “siyasi iflicə” görə prezident seçkisi 40 dəfədən çoxdur baş tutmur.
Livan parlamentinin spikeri Nabih Berri növbəti iclası iyulun 13-nə təyin edib. Seçkinin baş tutması üçün minimum 86 deputat səsvermədə iştirak etməlidir.
2014-cü ilin may ayında keçmiş dövlət başçısı Mişel Süleymanın prezidentlik müddəti başa çatandan sonra ölkə siyasi böhran vəziyyətindədir. Livan konstitusiyasına görə prezident yalnız parlamentin seçdiyi xristian-maronit ola bilər. Maronitlər katolik kilsəsinə aiddirlər, onların icmasının böyük hissəsi Livanda yaşayır. Ölkə əhalisinin 25 faizə yaxını bu dinə sitayiş edir.
Livan parlamenti bu gün faktiki olaraq Qərb yönümlülər və Suriya tərəfdarlarından ibarət iki yerə bölünüb. Livanda prezidentlik postuna əsas iddiaçı şiə qruplaşması “Hizbullah”ın siyasi müttəfiqi olan general Mişel Aundur. Onun əsas rəqibi Qərb yönümlü Ayna “14 mart” blokunun nümayəndəsi Samir Vaadcaadır. Onu sünnilərin “Əl-Mustakbal” partiyası dəstəkləyir.
Modern.az