Modern.az

Kraliçanın İngiltərənin AB-dən ayrılmasına təsiri: “Mənə 3 yaxşı səbəb verin”

Kraliçanın İngiltərənin AB-dən ayrılmasına təsiri: “Mənə 3 yaxşı səbəb verin”

Dünya

24 İyun 2016, 10:59

İngiltərədə Avropa ittifaqından çıxmaq üçün keçirilən referendum nəticəsində ayrılmaq istəyənlərin səsləri gözləniləndan çox olub. Keçirilən sorğularda nəticələr bir-birinə yaxın olsa da,  referendumdan əvvəl Britaniya kraliçası II Yelizavetanın Avropa İttifaqı əleyhinə verdiyi açıqlamasından sonra ayrılmaq istəyənlərin sayında artım oldu.

Modern.az  xarici KİV-nə istinadən xəbər verir ki, kraliça referendumdan əvvəl açıqlamasında “Mənə Avropa İttifaqında qalmaq üçün 3 yaxşı səbəb verin” deyib.

Baş nazir David Kemeron isə kraliçanın əksinə, Avropa İttifaqında qalmağın tərəfdarı idi. Referendumdan 3 gün əvvəl danışığında “çıxarsaq, batarıq” deyərək göz qorxutmağa çalışan baş naziri seçici dinləmədi.

Devid Kemeron Aİ-dan ayrılılma vəziyyətində ölkənin iqtisadiyyatının ciddi fəsadlar alacağı xəbərdarlığını edərkən, “əgər Avropa İttifaqından ayrılsaq, hökumət vergilərin yüksəldilməsi və xərclərin azaldılması ilə qarşı-qarşıya qalacaq və yenidən əvvələ dönmə riski yaşanacaq” deyib.

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər