Modern.az

Dövlət Statistika Komitəsi: "Ərzaq malları daha 2 faiz bahalaşıb"

Dövlət Statistika Komitəsi: "Ərzaq malları daha 2 faiz bahalaşıb"

19 Yanvar 2011, 13:05

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin dekabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,4 faiz bahalaşıb.
Ay ərzində ərzaq məhsullarının qiymətləri 2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2 faiz bahalaşıb.
Ərzaq məhsullarından buğda ununun, manna yarmasının, çörək məhsullarının, makaron məmulatlarının, qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, südün, xamanın, pendirin, yumurtanın, kərə yağının, bitki yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşıb.
Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən qarabaşaq yarmasının, sümüklü mal ətinin, naringinin, göyərtinin, çuğundurun, kökün qiymətlərində qeydə alınıb.

Qış mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu