Modern.az

Xəstənin sağlam ayağını kəsən həkimə cinayət işi AÇILDI

Xəstənin sağlam ayağını kəsən həkimə cinayət işi AÇILDI

Ölkə

25 İyun 2016, 14:10

Baş Prokurorluq Bakıda xəstə qadının sol ayağı əvəzinə, sağ ayağını kəsən həkimlə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

 

Araşdırma zamanı toplanmış materialda T. Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

 

Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə, yoxlamalar aparılır.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi