Böyük Britaniyanın Brüsseldən ayrılmaqla bağlı keçirdiyi referendumdan sonra Avropa İttifaqındakı britaniyalı məmurların istefası başlayıb.
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, baş nazir Devid Kemeronun istefa xəbərindən sonra
İngiltərənin Avropa Birliyi Komissarı Jonathan Hill-də vəzifəsindən gedir.
Referendumun nəticələri açıqlandıqdan dərhal sonra Conatan Hill vəzifəsindən istefa etdiyini açıqlayıb.
O, referendum nəticəsi ilə əlaqədar böyük ruh düşkünlüyü yaşadığını bildirərək, “olan oldu” ifadəsini işlədib.
Qafar Ağayev