Modern.az

Əfqanların sayı 2 dəfə azalıb, onlar vaxtından tez qocalırlar...

Əfqanların sayı 2 dəfə azalıb, onlar vaxtından tez qocalırlar...

19 Yanvar 2011, 17:54

Dünyada xalqların azalmasında müharibələr əsas rol oynayır. Bu müharibələrdən biri - SSRİ-Əfqanıstan müharibəsi də əfqanların sayının azalmasına səbəb olub.

Əfqanıstanla bağlı araşdırmaçı jurnalist Zakir Sadatlı Modern.az-a açıqlamasında bildirib ki, müharibədən əvvəl Əfqanıstanda əhalinin sayı 15 milyon nəfər olub: “1979-cu ildən başlayan və 10 il davam edən SSRİ-Əfqanıstan müharibəsi başa çatanda əhalinin sayı 12 milyona endi. Amerikanın orada apardığı müharibə isə daha acınacaqlı, daha ağır və itkilidir. İndi orada dəqiq statistika aparmaq mümkün deyil. Ancaq bəzi ekspertlər orada əhalinin 1979-cu illə müqayisədə 2 dəfə azaldığını iddia edirlər”.

Z.Sadatlı əfqanların yaşından xeyli qoca görsənmələri barədə də fikrini açıqlayıb: “Əfqanıstan çox kasıb ölkədir. Orada əhalinin sosial vəziyyəti və yaşayış şəraiti həddindən artıq pis olduğu üçün insanlar vaxtından əvvəl qocalırlar. Orada insanlar dərd-bəla içindədirlər”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu