Modern.az

"Türkiyə Rusiyaya yalnız təəssüfləndiyini bildirib" - Rəsmi

"Türkiyə Rusiyaya yalnız təəssüfləndiyini bildirib" - Rəsmi

27 İyun 2016, 20:51

Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib. Modern.az saytı xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Administrasiyadan deyiblər ki, bununla əlaqədar RF Prezidenti Vladimir Putinə ünvanlanan məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 təyyarəsinin həlak olmuş pilotunun ailəsinə başsağlığı verib və hadisədən təəssüfləndiyini bildirib.

Qeyd olunub ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasının lehinədir: "Ankara Moskva ilə münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamayıb. Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması regionda böhranın həllinə müsbət təsir göstərəcək".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər