Modern.az

İlin əvvəlindən Avropaya gələn miqrantların sayı AÇIQLANDI

İlin əvvəlindən Avropaya gələn miqrantların sayı AÇIQLANDI

28 İyun 2016, 15:19

Bu ilin əvvəlindən Avropaya dəniz yolu ilə gələn miqrantların sayı 222 mini keçib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında deyilir.

 

Təşkilatın məlumatına görə yanvar ayında bəri 222 291 nəfər gəmi və qayıqlarda “qoca qitə”yə pənah gətirib.

 

Bu zaman 2888 insanın batdığı yaxud itkin düşdüyü təsbit olunub.

 

Ən çox miqrant Yunanıstana (158 159 nəfər) və İtaliyaya (62 752 nəfər) gəlib.

 

Vüqar İsmayılov

 

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?