Modern.az

İranın 27 illik Baş Qərargah rəisi vəzifəsindən çıxarıldı  

İranın 27 illik Baş Qərargah rəisi vəzifəsindən çıxarıldı  

29 İyun 2016, 12:03

İranda 1989-ci ildən baş qərargah rəisi vəzifəsini icra edən general-mayor Həsən Firuzabadi vəzifədən kənarlaşdırılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi ölkənin ilk Baş Qərargah rəisi olan və təxminən 27 ildir bu vəzifədə çalışan  Firuzabadinin yerinə general-mayor Məhəmməd Hüseyn Bakirini təyin edib.

 

 Yeni baş qərargah rəisi olan Bakiri 1980-88-ci illər İran-İraq müharibəsi zamanı İran inqilab mühafizəçilərinin xüsusi xidmət və əməliyyatlar komandiri postunda öldürülən və müharibə qəhrəmanı elan edilən Məhəmməd Həsən Bakir qardaşıdır.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər