Modern.az

Türkiyə-Suriya sərhəddində 2 “canlı bomba” öldürüldü

Türkiyə-Suriya sərhəddində 2 “canlı bomba” öldürüldü

30 İyun 2016, 11:13

Türkiyə ilə Suriyanın sərhəd ərazisində 2 “canlı bomba” öldürülüb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2 İŞİD terrorçusu sərhəddə xəbərdarlığa məhəl qoymayaraq qaçmağa çalışan zaman təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

Terrorçulardan  birinin kəşfiyyat hesabatlarında Ankara yaxud Adanada özünü partlatmaq istəyən Məhəmməd Ərəb adlı  şəxs olduğu ortaya çıxıb.

 

Terrorçunun üzərindən 21 iyul tarixində Dəməşqdən Qamışlıya gəldiyini göstərən təyyarə bileti tapılıb.

 

Digər terrorçuların də şəxsiyyəti aşkarlanıb.

 

İki terrorçunun da Suriyalı olduğu bildirilib.

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər