Rayan Qiqqz karyerasını futbol meneceri kimi davam etdirmək üçün “Mançester Yunayted” klubunu tərk edir. Modern.az xarici mediaya istinadən bildirir ki, Britaniya komandasının mətbuat xidməti 29 ilini burada keçmiş oyunçu və məşqçi kimi keçirən Qiqqzin bu gün gedişini elan edib.
Bundan əvvəl xəbər verilib ki, 42 yaşlı mütəxəssis səlahiyyətinin azaldılması səbəbindən mankunyanların yeni çalışdırıcısı Joze Maurinyo ilə birgə məşqçilər korpusunda olmaqdan imtina edib. Başa çatan mövsümdə Qiqqz Lui van Qalın köməkçisi idi.
O, “Mançester Yunayted”in heyətində 13 dəfə İngiltərə çempionu olub, 9 dəfə ölkənin Super kubokunu qazanıb, 2 dəfə Çempionlar Liqasında qalib olub. Qiqqz 2014-cü ildə komandanın baş məşqçisi səlahiyyətini icra edib.
Modern.az