Moskvada və Moskva vilayətində havanın isti keçməsinə görə narıncı təhlükə səviyyəsi elan olunub. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, sinoptiklərin proqnozlarına görə, iyulun 3-də paytaxtda havanın hərarəti 29 dərəcəyə qədər yüksələcək.
Analoji xəbərdarlıq Kostroma, İvanov, Yaroslavl, Vladimir, Ryazan və Tula vilayətlərində də olunub.
Narıncı təhlükə səviyyəsi – təbii hadisələri sonuncudan əvvəlki təhlükə dərəcəsidir. O, hava ciddi təhlükə kəsbedəndə elan olunur.
Modern.az