İraqın paytaxtı Bağdadda terrorçular daha iki partlayış törədib. Modern.az saytı “Reuters”ə istinadən xəbər verir ki, bu partlayışlar nəticəsində 82 nəfər ölüb, 200 nəfər isə yaralanıb.
Partlayışların gücündən 4 yaşayış binası da zərər görüb. Hadisəni hələ ki heç bir terror qrupu öz üzərinə götürməyib.
Modern.az