İstanbul hava limanına hücumun ehtimal edilən təşkilatçısı Ahmed Çataev Mixail Saakaşvili prezident olanda Gürcüstan xüsusi xidmətində işləyib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan parlamentinin müdafiə və milli təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili deyib.
“Təəssüf ki, Ahmed Çataev Saakaşvilinin idarəçiliyi zamanı xüsusi xidmətin agenti idi. Onun Gürcüstan vətəndaşı kimi operativ pasportu olub, bunun köməkliyi ilə müxtəlif ölkələrə gedərək operativ tapşırıqları yerinə yetirib, buna görə əmək haqqı da alıb”, - deputat vurğulayıb.
İyunun 28-də axşam saatlarında İstanbulun hava limanında törədilən terror zamanı 45 nəfər həlak olub, yaralanların sayı 200-dən çoxdur.
Modern.az