Modern.az

Sarkozi yenə prezident seçilmək iddiasındadır

Sarkozi yenə prezident seçilmək iddiasındadır

3 İyul 2016, 15:21

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2017-ci il prezident seçkilərində iştirak etmək üçün “Respublikaçılar” Partiyasının sədri postundan getmək niyyətində olduğunu təsdiqləyib. Modern.az xarici mediaya istinadən bildirir ki, o, bunu partiyanın qurultayında bəyan edib.

“Bu, mənim respublikaçıların rəhbəri kimi iştirak etdiyim sonuncu qurultaydır”, - keçmiş dövlət başçısı vurğulayıb.

Partiyanın nizamnaməsinə əsasən, keçmiş prezident seçkilər ərəfəsi partiyadaxili səsvermədə “Respublikaçılar”ın rəhbəri kimi iştirak edə bilməz.

Partiya daxilindəki mübarizədə Sarkozinin əsas rəqibi Fransanın keçmiş baş naziri Alen Jyuppedir. İctimai rəy sorğusuna görə hökumətin keçmiş başçısı bir il ərzində Sarkozidən fərqli olaraq əhalidən böyük dəstək alıb.

Respublikaçıların namizəd seçimi bu ilin noyabr ayında keçiriləcək.

Sarkozi 2007-2012-ci illərdə Fransa prezident postunu tutub. Birinci müddət başa çatanda, o, növbəti seçkilərdə iştirak etsə də, ancaq ikinci turda Fransua Ollanda uduzub. Sarkozi 2014-cü ildə siyasətə qayıtdığını elan edib.

Fransada prezident seçkiləri 2017-ci ildə keçiriləcək. “Milli cəbhə” partiyasının lideri Marin Le Pen artıq prezident seçkilərində iştirak niyyətini rəsmən elan edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər