Pakistanın şimalında, Əfqanıstan sərhədi yaxınlığında güclü leysan yağması nəticəsində ən azı 33 nəfər həlak olub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 6 nəfər hələ də itkin düşmüş sayılır.
Leysan seli Arsun qəsəbəsində onlarla evi və Çitral dairəsindəki Droş şəhərindəki məscidi yuyub aparıb.
“Nəticədə məsciddə ibadət edət onlarla adamı sel aparıb, 21 nəfər xəsarət alıb. Bəzi adamlar hələ də itkin düşmüş sayılır”, - Çirtal dairəsinin rəhbəri Marhfreat Şaxa deyib.
Məlumatda qeyd edilir ki, Ramazan ayında müsəlmanların çoxu məscidlərdə gecələr ibadət edirlər. Pakistanda güclü leysan iyulun 2-də gecə başlayıb. Ötən ilin aprel ayında bu ölkədə 37 adam selin qurbanı olub.
Modern.az